BRONLAŞDIRMA ŞƏRTLƏRİ

Ana Səhifə BRONLAŞDIRMA ŞƏRTLƏRİ

BRONLAŞDIRMA ŞƏRTLƏRİ

Ev heyvanları – Hotelimizin konseptinə uyğun olaraq ev heyvanlarının saxlanılmasına icazə verilmir.

Uşaqlar və əlavə çarpayılar – Bütün yaşdan olan uşaqlar yerləşdirilə bilər. 3 yaşa qədər bir uşaq üçün əlavə uşaq çarpayısı (baby cot) verilir. 3-6 yaş arası uşaqlar valideynləri ilə birlikdə yata bilər. 6 yaşdan yuxarı uşaqlar olduqda isə əlaqəli otaqlarda yerləşdirilməklə qala bilər. Otaqda yerləşdirilən əlavə uşaq çarpayısının maksimal sayı – 1.

Ziyarətçiləriniz - Qonağımız olduğunuz müddətdə sizin yanınıza ziyarətə gələn qonaqlarınızla hotelin 1-ci mərtəbəsində yerləşən komfortlu divanlarda
görüşə bilərsiniz. Qonaqlarınızın hoteldəki xidmətlərdən istifadəsi üçün Qəbul şöbəsinin işçiləri ilə əlaqə saxlayın. Qonaqlarınız hotel daxilindəki bütün xidmətlərdən ödənişli şəkildə istifadə edə bilərlər. Ziyarətçilərin otaqlara qalxmasına icazə verilmir.

İnternet – Bütün ərazidə pulsuz Wi-Fi mövcuddur.

Depozit – Depozit tələb olunmur.

Ləğv etmə qaydaları – Əgər bron gəlmə tarixinə 48 saat qalmış və ya daha tez ləğv edilibsə və ya dəyişdirilibsə, cərimə tutulmayacaq. Əgər bron bundan gec ləğv edilibsə, dəyişdirilibsə və ya qonaq gəlməyibsə, birinci gecənin dəyərinin 100 faizi tutulacaq.

Qidalanma – Səhər yeməyi otaq qiymətinə daxildir.