Yüklərin saxlanılması

Şəhərimizi ziyarət etməyə vaxtınız az, amma əl yükünüz çoxdursa narahat olmağa dəyməz. Sizin rahatlığınızı düşünərək xidmətlərimiz sırasında yer alan baqaj saxlama xidmətindən də yararlana bilərsiniz. Yükünüzün tam təhlükəsiz vəziyyətdə saxlanmasını bizə həvalə edib şəhəri rahat və tələsmədən kəşf edə bilərsiniz. Çantalarınızı və ya digər daşınması ağır olan əşyalarınızı bizə etibar edərək şəhər gəzintisindən zövq alın.