Haqqımızda

Maajid Hotel, Azərbaycan Respublikasının şərq bölgəsində paytaxt Bakının mərkəzində hər daşında tarixin izləri olan İçəri Şəhərdə yerləşir. “İçəri şəhər” metrostansiyasından 3 dəqiqəlik məsafədə yerləşən Maajid Hotel müasir texnologiyanın və qədim şərq üslubunun vəhdətini təşkil edərək xüsusi olaraq dizayn olunmuş, peşəkar hotel personalının xidmət göstərdiyi, yaddaşınızda xoş təəssüratlarla qalacaq təkrarolunmaz məkandır. Hotelimiz 21 otaqdan ibarətdir. Həmçinin, Bakının qədim küçələri ilə yanaşı müasir tikililərinidə eyni anda seyr edə biləcəyiniz Terras-Restoran ərazisi mövcuddur.

H.Əliyev adına hava limanından 27 km, İçəri şəhər metrostansiyasından 130 m., Şirvanşahlar sarayı ilə 170 m. məsafədə yerləşən hotelimiz çoxsaylı muzeylər və tarixi abidələrlə əhatələnmişdir.

Ailəli qonaqlarımızın rahatlığının təmin olunması üçün hər mərtəbə yerləşməklə 3 cüt əlaqəli (connected) otaqlarımız mövcuddur. Bundan əlavə 3 yaşa qədər uşaqlar üçün pulsuz olaraq uşaq çarpayısı hotel tərəfdən təmin olunur.


Testimonial

Müştəri Məmnuniyyəti