Camaşırxana

Qonaqların rahatlıqlarının və onların istirahətlərinə ayırdığı vaxtın səmərəli keçməsini təmin etmək üçün camaşırxana xidməti də mövcuddur. Səyahət və ya istirahət zamanı camaşırlarla bağlı yaranmış problemlərin həlli üçün hotelin camaşırxana xidmətlərindən istifadə edə bilərsiniz. Qeyd edilən xidmətdən faydalanmaq üçün front office əməkdaşlarına müraciət edərək blankı onlara təqdim edirsiniz. Əməkdaşlarımız sizin istəyinizi diqqətə alaraq mümkün olan ən qısa vaxtda sifarişinizin həyata keçməsinə çalışacaqlar.